Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Böyük Əmili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən  İqtisadiyyat.az-a verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***12:07

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 08:00-da Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Rusif Kərimov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.