"Qəbələ” Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” ilə ev oyununun hazırlığını başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, matçın hazırlıq prosesində iki futbolçu iştirak etməyib.

XXVI turun “Turan Tovuz”la səfər qarşılaşmasında zədələnən Ürfan Abbasov bərpa prosesi keçir. Qapıçı Kristof Atanqana zədədən sonra müalicəsini davam etdirir.