Bu gün Azərbaycan Kubokunda 2022/2023 mövsümünün qalibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" ilə "Qəbələ" komandaları üz-üzə gəlib. "Bakcell Arena"da keçirilən oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Matçda 30 dəqiqəlik əlavə vaxt oynanılıb. Penalti qazanan "Qəbələ" İsnik Alimi ilə hesabda önə keçib. Bu da matçda yeganə qol olub. Beləliklə, "Qəbələ" tarixində 2-ci dəfə Azərbaycan Kubokunun sahibi olub.

Azərbaycan Kuboku

Final

3 iyun

20:00 Neftçi - Qəbələ 0:1

Qol: İ.Alimi, 102