P"Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu gün baş tutacaq ilk matç “Dalğa Arena”da keçiriləcək.

Ahmed Ayzaya qarşılaşmanın hazırlığında iştirak etməyib. Yarımmüdafiəçi bərpa prosesi keçir. Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə alan Klesio Bauk isə fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq