Azərbaycan Premyer Liqasında 20-ci tur çərçivəsində "Qəbələ" "Sabah" klubunu qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç "Sabah" klubunun 0-3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, birinci hissənin 24-cü dəqiqəsindən "Qəbələ" klubu azlıqda qalıb. Belə ki, müdafiəçi Ruan Renato ikinci sarıdan qırmızı vərəqə alaraq meydanı tərk edib.