Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən tranzitlə Avropaya “Suca” qazölçmə stansiyası vasitəsilə sutkada 46,1 milyon kubmetr qaz nəql edir.

“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib ki, Ukrayna tərəfi Rusiyanın Soxranovka stansiya ilə qazın ötürülməsi ilə bağlı müraciətini rədd edib.

“Qazprom” Rusiya təbii qazını Ukrayna ərazisindən Kiyevin təsdiq etdiyi həcmdə “Suca” qazölçmə stansiyası vasitəsilə tədarük edir. Mayın 24-nə olan məlumata əsasən, bu qazölçmə stansiyası vasitəsilə sutkada 46,1 milyon kubmetr qaz tədarük olunub. Lakin “Soxranovka” qazölçmə stansiyası ilə bağlı müraciət rədd edilib”, - o bildirib.

Xatırladaq ki, ötən gün Rusiyadan bu istiqamətdə təbii qazın tədarükü 43 milyon kubmetr təşkil edib.