Rusiyanın “Qazprom” enerji şirkəti Ukrayna ərazisindən Moldovaya qaz axınını azaltmayacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin teleqram kanalında məlumat verilib.

"“Moldovaqaz” respublikaya verilən qazın ödənişi ilə bağlı bütün pozuntuları aradan qaldırıb. Moldovada istehlakçılar üçün nəzərdə tutulan Ukrayna ərazisində yatırılan qaza görə vəsait "Qazprom" tərəfindən alınıb. Bununla əlaqədar Moldovaya tranzit üçün Sudja qazölçmə stansiyasına (GIS) qazın verilişinin azaldılmaması qərara alınıb."

Bununla belə şirkətdən bildirilib ki, Moldova Rusiya qazının ödənişi ilə bağlı müqavilənin şərtlərini dəfələrlə pozub, ona görə də “Qazprom” istənilən vaxt tədarükün azaldılması və ya qazın nəqlini tamamilə dayandırması barədə qərar qəbul edə bilər.

Məhəbbət Məmmədov