“Qazprom International Limited” (Rusiya konserninin törəmə şirkəti) Şimal dənizindəki aktivlərinin satışı üçün rəqabətli prosedura başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd edilir ki, “Wintershall Noordzee B.V.” birgə müəssisəsində 50% payın satışı planlaşdırılır. Onlardan qaz Avropa İttifaqı bazarına spot müqavilələr əsasında verilir. Həmçinin “Gazprom International UK Limited” törəmə şirkətinin 100%-ni satmaq planlaşdırılır.