“Qazprom” yeni müqavilə əsasında Rusiya qazını Azərbaycana tədarük etməyə başlayıb.

İqtisadiyyat.az bildirir ki, çatdırılmaları 2023-cü ilin mart ayına kimi həyata keçiriləcək qazın həcmi 1 milyard kubmetrə qədərdir.

Sənəd “Qazprom Eksport” MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb.