Qazaxıstanın 15 vilayətində parlament seçkiləri başa çatıb.

İqtisadiyyat.az "Kazinform"a istinadən xəbər verir ki, seçici aktivliyi 53 faizdən çox olub.

Ölkənin Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində isə seçki məntəqələri Astana vaxtı ilə saat 21:00-da bağlanacaq. Qazaxıstandan xaricdə formalaşdırılmış məntəqələrdən ABŞ-ın San-Fransisko şəhərindəki seçki məntəqəsi isə Astana vaxtı ilə 20 mart saat 9:00-da qapadılacaq.

Seçkinin rəsmi nəticələri səslərin tam şəkildə sayılmasının başa çatmasından sonra açıqlanacaq.