2023-cü ilin ilk 8 ayı ərzində Qazaxıstan və Rusiyadan Azərbaycana səfər edənlərin sayında artım müşahidə edilib.

Dövlət Turizm Agentliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, 2023-cü ilin yanvar-avqust dövründə Qazaxıstandan 35 471 nəfər, Rusiyadan isə 426 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 85% və 62% artım deməkdir.