2023-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) daşıma qabiliyyətinin 6,5 milyon tona çatdırılması planlaşdırılır və bu məqsədlə xüsusi işçi qrupu yaradılıb.

Bu barədə Qazaxıstan Energetika Nazirliyinin kollegiyasında çıxışı zamanı nazir müavini Aset Maqauov bildirib.

“Xəzər Boru Kəməri konsorsiumu, Atırau-Samara və Atasu-Alaşankou dəhlizləri, dəmir yolu və Aktau dəniz limanı ilə birlikdə TBNM istiqaməti də inkişaf etdiriləcək”, - nazir müavini deyib.

O vurğulayıb ki, layihənin məqsədi 2023-cü ildə 6,5 milyon ton, 2024-cü ildə 7,5 milyon ton, 2025-ci ilin sonuna qədər isə 15 milyon tona qədər daşıma qabiliyyətini təmin etməkdir.

Trans-Xəzər marşrutu (Orta dəhliz) Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.

Report