Qazaxıstanın iki bölgəsində neft hasil edən müəssisələr irimiqyaslı daşqınlar səbəbindən 634 quyunun istismarını dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin energetika nazirliyinin məlumatında deyilir.

Məlumata görə, neft hasilatının ümumi itkisi 16 min ton təşkil edib.

Ölkədə yaranmış daşqın vəziyyəti nəticəsində Aktobe və Atırau vilayətlərindəki bir sıra neftçıxarma müəssisələrində 634 quyunun işi dayandırılıb.

 

Gözəl Həşimova