Qazaxıstanın Almatı şəhərində 5.2 maqnitudalı zəlzələ baş verib.

İqtisadiyyat.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, zəlzələ Qırğızıstan, Qazaxıstan və Çində eyni vaxtda hiss olunub.

Zəlzələnin episentri Almatıdan 37 km aralıda yerləşib. Şəhərdə sirenlər səslənib, vətəndaşlar küçələrə axışıb.