Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan və Qazaxıstan mərkəzi bankları, Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşlərin keçirilməsi məqsədilə işgüzar səfərə gedib.

İqtisadiyyat.az xəbər verir ki, Taleh Kazımov səfər çərçivəsində Tacikistan Milli Bankının sədri Hokim Xoliqzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilib. Həmçinin, makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.