Qazaxıstan may ayından bu ilin sonuna qədər neft hasilatını gündəlik 78 min barel azaltmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Qazaxıstan digər OPEC+ ölkələri ilə birgə may ayından 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 78 min barel azaldacaq.