İqtisadiyyat.az xəbər verir ki, bu, tengenin ABŞ dollarına qarşı əhəmiyyətli şəkildə ucuzlaşaraq psixoloji əhəmiyyət kəsb edən 500 tenge səviyyəsindən aşağı düşməsi ilə bağlıdır.

Ucuzlaşmanın əsas səbəblərindən biri kimi qeyri-iqtisadi faktorlar, xüsusilə də Rusiya banklarına tətbiq edilən sanksiyalar göstərilib.

Son günlərdə rus rublunun zəifləməsi fonunda Qazaxıstanın milli valyutası da əhəmiyyətli dəyər itirib. Bundan əvvəl 498-499 tenge səviyyəsində dəyişən məzənnə demək olar ki, 515-ə çatıb. Bunun qarşısını almaq üçün MB 27 noyabrdan etibarən valyuta intervensiyalarına başlayıb.

Qeyd edək ki, 27 noyabrda Qazaxıstan Fond Birjasında (KASE) ticarət həcmi kəskin şəkildə artaraq 455 milyon ABŞ dollarına, 28 noyabrda isə 2008-ci ildən bəri rekord olan 713 milyon ABŞ dollarına çatıb. Valyuta intervensiyaları tengenin çox sürətlə zəifləməsinə qarşı tam əsaslı tədbir olub.