"Qazaxıstan Mərkəzi Asiya ölkələrinə ixracının həcmini 2,3 milyard dollar artırmağa hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA sammitində bildirib.

Onun sözlərinə görə, yaşıl dəhlizlərin yaradılması və müxtəlif maneələrin aradan qaldırılması ticarət əməkdaşlığına təkan verəcək:

"Ölkələrimizin ticarətin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanları var. Artıq bu gün biz Qazaxıstanla SPECA-ya üzv ölkələr arasında ticarət dövriyyəsinin mütərəqqi artımını müşahidə edirik. Ötən il qarşılıqlı ticarətin həcmi təxminən 10 milyard dollar təşkil edib. Bizim bu rəqəmi iki dəfə artırmaq üçün hər cür imkanımız var. Bu fonda Qazaxıstan öz məhsullarının ixracını artırmağa hazırdır”.

 

Gözəl Həşimova