Qazaxıstan hökuməti daxili bazarı sabitləşdirmək üçün ölkədən dəmir yolu ilə kömür ixracını məhdudlaşdırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar layihəsi hazırlanıb. Bildirilib ki, qərar qarşıdan gələn istilik mövsümü ilə əlaqədardır.

Əlavə edək ki, Qazaxıstan kömür ehtiyatlarına görə 10 lider ölkədən biridir. 2022-ci ildə ölkədə təxminən 118 milyon ton kömür hasil edilib.

 

Gözəl Həşimova