Qazaxıstan bu il Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu il ölkədə neft və qaz kondensatının hasilatı 90,3 milyon ton səviyyəsində planlaşdırılır.

Bildirilib ki, ötən il Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə neft tədarükünün həcmi 5,5 dəfə artıraraq 1,392 milyon tona çatıb.

 

Gözəl Həşimova