İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu hazırlıqlara başlayıb.

Qeyd edilib ki, bu, işğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən həyata keçiriləcək. Layihədə Laçın rayonunun Daşlı, Vəlibəyli və Hacıxanlı kəndlərinin, Qazax rayonunun isə Aşağı Əskipara və Xeyrımlı kəndlərinin konseptual həllinin hazırlanması nəzərdə tutulur.

İnstitut hazırda Baş plan konseptual həllinin hazırlanması üçün çap xidmətlərini həyata keçirəcək şirkət axtarışındadır.