Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Nərimankənd kənd sakini Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi keçirdiyi aşkarlanıb.

Qayda pozuntularına yol verən ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.