İtaliya millisinin və “Milan” klubunun sabiq üzvü Cennaro Qattuzonun yeni iş yeri bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi kimi çalışacaq.

Split təmsilçisi onunla 2 illik müqavilə bağlayıb.

Qattuzo sonuncu dəfə Fransanın “Olimpik” (Marsel) klubuna rəhbərlik edib