Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.