Abşeron rayonunda oğurluq edilmiş və Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevə məxsus olduğu deyilən evin kimə aid olduğu bilinib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ev Hikmət Mirzəyevin yaxın qohumunun olub.

“Həmin evin Hikmət Mirzəyevə heç bir aidiyyəti yoxdur”, - deyə məlumatda bildirilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Qeyd edək ki, ötən gün Vətən Müharibəsi Qəhrəmanına məxsus evin qarət olunması ilə bağlı məlumatlar yayılmışdı.oxu.az