"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Moreyrense" ilə qarşılaşıb. Görüş "Braqa"nın qələbəsiylə başa çatıb - 1:0. Yeganə qolu Abel Ruis vurub.

Matçı "Qarabağ"ın video-analitik məşqçisi Yanuş Vasilyev tribunadan izləyib.

"Braqa" çempionatda 20 turdan sonra 40 xalla 4-cü sıradadır.

"Qarabağ" ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq