“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri konkretləşib.

İqtisadiyyat.az xəbər verir ki, UEFA bugünkü püşkatmadan əvvəl hər bir komanalar 3 mümkün rəqib müəyyənləşdirib.

Ancaq Azərbaycan çempionu bunun üçün ilk növbədə Cəbəllütariq təmsilçisi “Linkoln”a qalib gəlməlidir.

“Qarabağ”ın II raunddakı mümkün rəqibləri I mərhələnin aşağıdakı cütlükləridir:

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)

“Rakuv” (Polşa) – “Flora” (Estoniya)

“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu raundun ilk oyunları iyulun 25-26-da, cavab qarşılaşmaları isə avqustun 1-2-də keçiriləcək.