İşğaldan azad edilmiş ərazilərin bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastruktur yaradılır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı işlərin görülməsi "Təmiz Şəhər" ASC-yə tapşırılıb.

Belə ki, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması məqsədi ilə ilk olaraq xüsusi təyinatlı texnikaların alınmasına başlanılıb.

Minik avtomobili, buldozer, ekskavator və digər xüsusi təyinatlı texnikalardan ibarət ümumilikdə 22 ədəd sifariş verilib.

Bunların alınması isə "Təmiz Şəhər" ASC tərəfindən 3,7 milyon manatdan çox vəsait sərf olunacaq.