Qarabağ yeni inkişaf dövrünə qədəm qoyur. İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlanır, bölgə sürətlə dirçəlir. Bu proses təkcə yenidənqurma işləri ilə məhdudlaşmır. Qarabağ artıq turizm potensialı ilə də diqqət çəkməyə başlayıb. Son vaxtlar bölgədə restoran və kafelərin açılması, yerli mətbəxin təqdim edilməsi, turistlərə və yerli sakinlərə rahat istirahət şəraiti yaradılması bunun bariz nümunəsidir. 

İqtisadiyyat.az xəbər verir ki, Operativ Media Qarabağda yerləşən restoran və kafelərin qiymətlərini araşdırıb.

Xankəndidəki Qarabağ hotelin daxilində fəaliyyət göstərən Dəfnə restoranında soyuq qəlyanaltılar 4-13 AZN, salatlar 7-27 AZN, kabablar 5-24 AZN, əsas yemək qiymətləri isə 10-30 AZN aralığında dəyişir: MENYU

Xankəndidəki “Bulud” hoteldə yerləşən Masa Restaurant & Lounge restoranında salatlar 7-25 AZN, desertlər 5-16 AZN, sendiviç və burger qiymətləri isə 8-22 AZN aralığındadır: MENYU

Laçın şəhərində Həkəri çayının ətrafında yerləşən Baba restoranında salatlar 5 AZN, kabablar 10 AZN, isti yeməklər isə 9 AZN-dən başlayır: MENYU

Şuşa Hoteldə yerləşən Cıdır düzü restoranında şorbalar 12, isti yeməklər 22 AZN-dən başlayır. Restoranda uşaq menyusu da mövcuddur: MENYU

Xankəndi şəhərində yerləşən "Chefmoodxankendi" kafesində 4 nəfərlik səhər yeməyi seti 24 AZN təşkil edir. Salatlar isə 4 AZN-dən başlayır: MENYU

Qoç Ət restoranının Şuşa filialında 2 nəfərlik səhər yeməyi 35 AZN təşkil edir. Kabaların qiyməti növünə görə dəyişir: MENYU

Şuşa şəhərində yerləşən İsa Bulağı restoranında isti yeməklər 12-24 AZN aralığındadır. Çay dəstgahı isə 30 AZN təşkil edir: MENYU