İşğaldan azad olunduqdan sonra yenidən qurulan və bərpa edilən daha bir neçə yaşayış məntəqəsinə köş həyata keçiriləcək.

Bu barədə İqtisadiyyat.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Xocavənd rayonunun Xocavənd kəndi, Xocalı rayonunun Seyidbəyli, Şuşakənd, Badara, Xanabad, Xanyurdu, Təzəbinə kəndlərinə məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı hazırlıqlara başlanılıb.

Qeyd edilir ki, Dövlət Komitəsi yuxarıda adları çəkilən yaşayış məntəqələri ilə yanaşı Ağdərə rayonunun Həsənriz kəndinə də ümumilikdə 746 məcburi köçkün ailələrinin daşınması ilə bağlı satınalma müsabiqəsi elan edib. Müsabiqə başa çatıb və məcburi köçkün ailələrinin doğma yurdlarını daşınmasının reallaşdırılması “Pelican Service” şirkətinə həvalə edilib. Məlumata görə, Dövlət Komitəsi sərnişin daşıma xidmətinə görə bu şirkətə 710 min manat vəsait ödəyəcək.

Qeyd edək ki, indiyədək Ağdərə rayonunun Həsənriz kəndinə 306 nəfər (90 ailə) köç edib.