“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı Macarıstan şirkətlərindən 60-dan çox müraciət daxil olub”.

Bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərio vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev bildirib.

“Qarabağla bağlı sahibkarlıq müraciətlərin sayı 1 000-ə çatıb. Bunun 300-dən çoxu xaricdən daxil olub. Macarıstandan olan müraciətlər arasında həm investisiya qoyuluşu, həm də podrat layihələrinə aid müraciətlər var. Real olaraq isğaldan azad edilmiş ərazilərlə bağlə 10 investisiya layihəsi hazırlanıb”, - deyə o, qeyd edib.