Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək.

Bu barədə İqtisadiyyat.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, hazırda azad edilmiş torpaqlarımızda çox ciddi infrastruktur layihələri həyata keçirilir, kəndlər, şəhərlər, qəsəbələr yenidən salınır.

"İnfrastruktur problemləri tam həll edildikdən sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında da “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək", - məlumatda vurğulanıb.