Qarabağ Universitetində yeni Mərkəz yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, təhsil müəssisəsində xarici dillərin və digər akademik bacarıqların inkişafı üzrə mərkəz fəaliyyət göstərəcək.

Mərkəzin məqsədi tələbələrin xarici dil və akademik bacarıqlarını inkişaf etdirmək, onların uğurlu karyera qurmaları, şəxsi və peşəkar inkişaflarına nail olmaları üçün dəstək verməkdir.

Mərkəzə direktor rəhbərlik edəcək.

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetində mərkəz direktoru vəzifəsi üzrə vakansiya elan edib. 

Qarabağ Universitetində vakansiya - mərkəz direktoru