“Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla komplektləşdirilməsi işlərinə başlanılıb. Çalışırıq ki, oradakı müvafiq qurumlarımızı təcrübəli əməkdaşlarla komplektləşdirək”.

Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Rəis müavini qeyd edib ki, Bakıdan və digər bölgələrdən olan əməkdaşlardan Qarabağ Regional Ədliyyə İdarəsində fəaliyyətini davam etdirmək arzusu ilə çoxsaylı müraciət edilir: “Təsəvvür edin, Bakıda doğulub, Bakıda oxuyub, işi Bakıda olan əməkdaşlarımız bizə müraciət edib. Hər bir müraciətə diqqətlə yanaşırıq. Biz qısa müddət ərzində idarənin kadr komplektləşdirilməsini başa çatdıracağıq”.