"Qalatasaray"la "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.