Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, sona 4 tur qalmış "Qarabağ" çempionluğunu rəsmiləşdirib.

Qurban Qurbanovun yetirmələri səfərdə "Sabah"la 1-1 hesablı heç-heçə edərək erkən çempionluğa nail olub.

Qeyd edək ki, bu, "Qarabağ"ın Azərbaycan çempionatları tarixində 12-ci çempionluğudur.