Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ" doğma meydanda Belçikanın "Gent" klubunu qonaq edib. Matç Azərbaycan təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda yeganə qolu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade vurub.

Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra Belçikada baş tutacaq.