İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisi 143,5 xal toplayaraq 114-cü sırada qərarlaşıb və bu göstərici ilə ölkənin ən yaxşı nəticə göstərən klubu olub.
Digər Azərbaycan klublarının vəziyyətində isə müxtəlif dəyişikliklər müşahidə olunub. "Zirə" 94,75 xalla əvvəlki 220-ci yerindən 233-cü pilləyə geriləyib. Əksinə, "Sabah" 26 pillə irəliləyərək 68,5 xalla 367-ci yerdə qərarlaşıb. "Araz-Naxçıvan" isə 492-ci sıradan 454-cü yerə yüksələrək 58,75 xal toplayıb.
IFFHS reytinqinə İspaniyanın nəhəng klubu "Real Madrid" 490 xalla liderlik edir.
Siyahıda ümumilikdə 501 klub yer alıb.