"Qarabağ"ın yeni transferi Redon Cica Albaniyada 2022-ci ilin ən yaxşı futbolusu seçilib.

"İqtisadiyyat.az xəbər verir ki, 25 yaşlı forvard ötən mövsüm “Tirana”nın heyətində 11 qolla Albaniya Super Liqasının bombardiri olub. O, ölkə kubokunda isə 4 dəfə fərqlənib.

Qeyd edək ki, "Qarabağ" albaniyalı futbolçu ilə 3,5 illik müqavilə imzalayıb.