Qarabağ Dirçəliş Fondu royal musiqi aləti alacaq.

İqtisadiyyat.az xəbər verir ki, Fond bununla bağlı açıq tender elan edib.

Alınması planlaşdırılan musiqi alətindən bir ədəd nəzərdə tutulub.

Musiqi alətinin eni minimum 150 sm, uzunluğu minimum 225 sm, hündürlüyü minimum 100 sm, çəkisi isə minimum 400 kg olmalıdır.

Musiqi alətinin rənginin qara, ümumi materialının təbii ağacdan, körpülərin isə mahoqani, ağcaqayın və ya digər müvafiq təbii ağaclardan olması əsas tələblərdəndir.

Bu tenderin iddiaçılarının diqqətinə çatdırılıb ki, istehsal olunmuş orijinal royalda hər hansı modifikasiya və ya dəyişikliklər qəti şəkildə qadağandır. Təchiz edilən royal istehsalçı tərəfindən müəyyən edilmiş orijinal dizayn, spesifikasiya və quruluşuna uyğun olmalıdır. İddiaçı tərəfindən bu xüsusi şərtin pozulması tenderdən kənarlaşdırılması ilə nəticələnəcək.