"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyunların iştirak ərizəsi açıqlanıb.

İqtisadiyyat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun sərəncamında 24 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə 30-da evdə keçirəcək.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 12. Sadiq Məmmədzadə.

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazaə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə