Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması son çempion və lider “Qarabağ”la “Kəpəz” arasında baş tutub.

Ağdam təmsilçisi bu oyunda uduzmasa, növbəti çempionluğunu rəsmiləşdirəcəkdi. Ağdam təmsilçisi bu istəyinə darmadağınla nail olub.

Azərbaycan Premyer Liqası

28-ci tur

29 mart

“Kəpəz” – “Qarabağ” 1:6

Qollar: Latir Fal, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.