Bu ilin yanvar-mart aylarında 18 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 19,5 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 33 milyon dollar olmaqla 37,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Hesabat dövründə 132,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib. İdxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 119,1 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 114,8 milyon dollar olmaqla 112,4 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

Birinci rübdə alüminium ixracında cüzi artım müşahidə olunub. Belə ki, üç ayda dəyəri 54,3 milyon dollar olmaqla 20,1 min ton alüminium ixrac edilib. Keçən ilin birinci rübündə 19,5 min ton alüminium ixrac olunub ki, onun da məbləği 69,5 milyon dollar təşkil edib.