"Qalatasaray” ciddi itki ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, Super Liqa təmsilçisinin müdafiəçisi Abdulkerim Bardakçı zədələnib.

Çempionatın XXI turunda “Trabzonspor”la oyunda sıradan çıxan müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Görüş “Qalatasaray”ın qələbəsiylə başa çatıb – 5:1.

Qeyd edək ki, Abdulkerim Bardakçı "Trabzonspor" matçında sarı vərəqə aldığı üçün "İstanbulspor"la matçda iştirak edə bilməyəcək.