"Qalatasaray"da Bafetimbi Qomis "Fənərbağça" matçından sonra açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, Qomis açıqlamasında klubun idarəçilərindən razılığını bildirib.

"Bizim böyük menecerlərimiz var. Böyük komandaların belə uzaqgörən idarəçilərə ehtiyacı var. Çətin vaxtlarımızda bizə çox yaxşı yol göstərdilər. Biz də bu axşam çox vacib bir qələbə qazandıq. Həmçinin, bu mövsümü ən yaxşı şəkildə başa vurduq"

"Ötən mövsüm tarixin ən pis "Qalatasaray"ı oldu. Bu il çempion olmağı bacardıq. Yaxşı şəkildə ayrılıram. Məndən sonra Efe, Yunus kimi istedadlı oyunçular çoxdur. Bu komanda üçün mübarizə apardığım üçün çox xoşbəxtəm"

Digər tərəfdən, 37 yaşlı Bafetimbi Qomis, "Qalatasaray Çempionlar Liqasında davam edəcək, amma mən davam edə bilməyəcəm. "Qalatasaray" formasını geyindiyim üçün həmişə fəxr etmişəm" deyərək açıqlamasını yekunlaşdırıb.