Türkiyənin “Qalatasaray” və İngiltərənin “Çelsi” futbol klubları razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Çelsi” futbol klubu ilə futbolçu Hakim Ziyeş barədə danışıqları sona çatdıraraq oyunçu ilə müqavilə bağlayıb.

Tibbi müayinələrdən sonra Ziyeşin bu gün İstanbulda “Qalatasaray”ın yeni oyunçusu elan olunacağı gözlənilir.