Qış transfer pəncərəsinin açılmasından əvvəl sol cinah müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray" klubu istədiyi futbolçunu Portuqaliyada tapıb.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray"ın skaut komandası Portuqaliyanın "Casa Pia" komandasında çıxış edən 23 yaşlı sol cinah müdafiəçisi Leonardo Lelonu texniki heyətə tövsiyə edib.

Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 3,5 milyon avrodur.