Türkiyə Super Liqasında  "Ankaragücü"nü səfərdə 4-1 hesabı ilə məğlub edən "Qalatasaray" çempion oldu.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-qırmızılı" klub yayım gəlirindən 8,5 milyon avrodan çox qazanc əldə edib.

Liqada mübarizə apardığı üçün 1.5 milyon avro alan "Qalatasaray" indiyədək 3 milyon avro performans mükafatı da alıb.

"Sarı-qırmızılı" komanda çempionluq mükafatı olaraq 1.5 milyon avro, çempionluq sayına görə isə 2.8 milyon avro qazanıb.

Türkiyə Futbol Federasiyası ilə Klublar Birliyi Dərnəyi arasında imzalanan protokol çərçivəsində bu gəlirin 226 min avrosu fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən bölgədə tikiləcək konteyner şəhər layihəsinə bağışlanıb.