"Qalatasaray"da Kerem Aktürkoğlu 2 mövsümdür performansı ilə göz oxşayır. Bu mövsüm 33 liqa oyununa çıxan futbolçu 9 qol vurub, 11 məhsuldar ötürmə edib.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-qırmızılı" klubdakı rəhbərlik gələn çempionluqdan sonra transfer işlərini sürətləndirib.

Kərəm Aktürkoğlunu başqa kluba satarsa, klub onun yerinə "Marsel" klubunda forma geyinən türk futbolçu Çengiz Ünderi transfer etmək istəyəcək 

Çengiz Ünder bu mövsüm "Marsel" komandası ilə Liqa 1-də 36 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.