2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray"da çıxış edən Abdulkerim Bardakçı baş ağrıları səbəbindən heyətdən çıxarılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə yığması martın 25-də Ermənistanın qonağı olacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcək.